16 aprel 2024 15:04
174

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb.

"İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 13% və 45,1% çoxdur.

Sərnişin daşımalarının 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.