16 aprel 2024 15:42
198

Dünya çempionu vəfat etdi

Almaniya millisinin və "Ayntraxt"ın sabiq hücumçusu Bernd Hölzenbeyn vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Martın 9-da 78 yaşını qeyd edən sabiq futbolçu uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Hölzenbeyn 1974-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub.  O, ümumilikdə Almaniya millisində 40 oyun keçirib və 5 qol vurub.

Hölzenbeyn klub səviyyəsində "Ayntraxt" və "Fort Lauderdal Straykers" komandalarının formasını geyinib. O, "Ayntraxt"ın Bundesliqadakı bombardiri olaraq qalır. Bernd Hölzenbeyn bu komandada 160 qol vurub.