16 aprel 2024 16:05
182

Almaniya Prezidenti Türkiyəyə səfər edəcək

Almaniya Prezidenti Frank-Valter Şteimner aprelin 22-24-də Türkiyəyə səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, o, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qeyd olunub ki, səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ilə bağlıdır. Almaniya Prezidenti səfər çərçivəsində İstanbulla yanaşı, Qaziantep və Ankarada da olacaq.

Berlin ilə Ankara arasında müxtəlif sahələrdə əlaqələrin müzakirə olunacağı gözlənilir.