Türkiyə Milli Müdafiə Nazirliyi qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 4 nəfərin tutulduğunu bildirib.
“İki sahil”in "Huriyyet"ə istinadla verdiyi xəbərə görə, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub:
"Sərhədlərimizdə terrorla mübarizəmiz davam edir. Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 4 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. Araşdırma nəticəsində müəyyən edilib ki, tutulan şəxslərdən biri PKK, digəri isə DHKP-C terror təşkilatının üzvüdür".