16 aprel 2024 17:46
235

Avropa çempionatına olimpiadaya hazırlığın bir mərhələsi kimi baxırıq- Rəşad Rəsullu

Avropa çempionatına Yay Olimpiya Oyunlarına hazırlığın bir mərhələsi kimi baxırıq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərə açıqlamasında deyib.

ACF rəsmisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatına hazırlaşan cüdoçuların durumu barədə danışıb: “Məşqlərimiz davam edir. Hər bir idmançımızın özünə güvəni var. Hazırlıqlar Paris Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmağa hesablanıb".

Rəşad Rəsullu Avropa çempionatından gözləntilərini dilə gətirib: “Səmimi deyə bilərəm ki, mükafatlardan çox komandamızın hazırlıq səviyyəsini düşünürük. Yarış başlayana qədər məşqlər davam edəcək. Ümid edirik ki, idmançılarımız ən azı ötənilki uğuru təkrarlayacaqlar”.

Qeyd edək ki, aprelin 25-də startı veriləcək və üç gün davam edəcək Avropa çempionatında Azərbaycan millisinin 9 çəki dərəsində 13 cüdoçusu mübarizə aparacaq.