17 aprel 2024 00:59
209

Rusiyanın itkiləri açıqlandı - 783-cü gün

Ukrayna müharibənin 783-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 455 340 hərbçi, 7 189 ədəd tank, 13 809 ədəd zirehli döyüş maşını, 11 609 ədəd artilleriya sistemi, 1 046 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 759 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 563 ədəd avtomobil texnikası, 9 277 ədəd PUA, 2 092 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 908 xüsusi avadanlıq itirib.