16 aprel 2024 19:31
220

IMF Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozunu yeniləyib

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 8,5 %-i səviyyəsində proqnozlaşdırır.

“İki sahil” xəbər verir ki, bu “World Economic Outlook” hesabatının aprel sayında öz əksini tapıb.

IMF 2025-ci il üçün hesab profisitini ÜDM-in 8,1 %-i, 2029-cu ildə isə 4,3 %-i səviyyəsində proqnozlaşdırır.

Ötən ilin oktyabr hesabatına əsasən, 2024-cü il üçün bu proqnoz ÜDM-in 15,7 %-i, 2028-ci il üçün isə ÜDM-in 7 %-i təşkil edirdi.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 329,4 milyon ABŞ dolları və ya ÜDM-in 11,5 %-ini təşkil edib. 2022-ci illə müqayisədə profisit 64,5 % və ya 2,8 dəfə azalıb ki, bu da 2023-cü ildə neft və qazın ucuzlaşması ilə əlaqədardır.

Tədiyyə balansına əsasən, 2023-cü ildə neftin orta qiyməti bir barel üçün 85,9 ABŞ dolları olub. Halbuki 2022-ci ildə bu rəqəm 103,7 ABŞ dollarına bərabər idi.

Neft-qaz sektorunda profisit 17 milyard 91,5 milyon ABŞ dolları (40,4 % azalma), qeyri-neft-qaz sektorunda isə 8 milyard 762,1 milyon ABŞ dolları (68,9 % artım) təşkil edib.