16 aprel 2024 20:16
242

Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb

Dünyada kakao paxlasının qiyməti bir ton üçün 11 min ABŞ dollarını keçərək yeni tarixi maksimuma çatıb.

“İki sahil” xəbər verir ki, bunu “ICE Futures” birjasının məlumatları göstərir.

Belə ki, bugünkü ticarətdə kakao paxlasının may fyuçersləri 11 068 dollar/tona yüksəlib. İlin əvvəlindən bəri kotirovkalar artıq iki dəfədən çox artıb. Son göstərici həm də 1977-ci ilin rekordundan düz iki dəfə çoxdur.

Xatırladaq ki, buna qədər kakao paxlası üzrə rekord bu il martın 26-da qeydə alınmışdı. O zaman tarixdə ilk dəfə olaraq xammalın dəyəri bir ton üçün 10 min ABŞ dollarını ötmüşdü.