“Dübəndi” QPS-də “Dübəndi əlaqələndirici” qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 17 aprel 2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz”dan “İki sahil”ə verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Xəzər rayonunun (Kənd Qala, Xaşa-Xuna bağları, Laçın və Kəlbəcər rayonlarında olan keçmiş məcburi köçkünlərin yaşadığı ərazilər), Nərimanov rayonunun (F.Yusifov, Təbriz, N.Hacıyev, A.Nemətulla, F.X.Xoyski, Ə.Əliyev və Y.V.Çəmənzəminli küçələri), Qaradağ rayonunun (Lökbatan qəsəbəsinin 20 Yanvar, 28 May, M.Ə.Sabir küçələrində və 1-ci, 2-ci massivlər) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR