17 aprel 2024 11:45
155

İran ABŞ-yə xəbərdarlıq etmək üçün İsveçrə səfirini XİN-ə yox, SEPAH-ın binasına çağırıb

İranın İsrailə qarşı əməliyyatından sonra ABŞ-nin İrandakı maraqlarının müdafiəçisi kimi İsveçrənin Tehrandakı səfiri saat 03:00-də Xarici İşlər Nazirliyinə deyil, SEPAH-ın binasına çağırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İran daxili işlər nazirinin müşaviri bildirib.

İran rəsmisi bildirib ki, ABŞ-yə İrana qarşı ən kiçik addım atmamaq üçün xəbərdarlıq edilib:

“Əməliyyat başa çatdıqdan sonra saat 3-də İsveçrə səfiri ilk dəfə olaraq Xarici İşlər Nazirliyi əvəzinə SEPAH-ın binasına çağırıldı”.