17 aprel 2024 13:00
153

Tatarıstan səmasında Ukraynaya məxsus PUA məhv edilib

Tatarıstan səmasında Ukraynaya məxsus PUA məhv edilib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Qeyd edilir ki, Rusiya Müdafiə Nazirliyi Tatarıstan səmasında pilotsuz uçan aparatın məhv edilməsi barədə məlumat yayıb.

“Moskva vaxtı ilə saat 11:20 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Tatarıstan Respublikası ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, - deyə, məlumatda bildirilir.

Bundan əvvəl hava hücumundan müdafiə sistemləri Mordoviyada Ukraynaya məxsus pilotsuz təyyarəni ələ keçirib.

Həmçinin gecə saatlarında hava hücumundan müdafiə sistemləri Oryol vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarəni vurub.