17 aprel 2024 13:41
164

Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

“İki sahil” xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Hazırda onun cənazəsi dəfn olunması üçün II Fəxri xiyabana aparılır.