18 aprel 2024 07:23
204

“Bavariya” və “Real” yarımfinalda

Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.

“İki sahil” xəbər verir ki,  son oyun günündə 2 qarşılaşma baş tutub.

Belə ki, “Mançester Siti” “Real”ı qəbul edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə "Real" daha dəqiq olaraq (4:3) yarımfinala yüksəlib. "Arsenal" isə "Bavariya"nın qonağı olub. Almaniya klubu 1:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.

Qeyd edək ki, final uğrunda oyunda "Real" "Bavariya" ilə, PSJ isə "Borussiya"(Dortmund) ilə üz-üzə gələcək.

17 aprel

23:00. "Mançester Siti" - "Real" - 1:1

23:00. "Bavariya" - "Arsenal" - 1:0

16 aprel

"Barselona" - PSJ - 1:4

İlk oyun - 3:2

"Borussiya" (Dortmund) - "Atletiko" - 4:2