18 aprel 2024 11:55
139

Dneprdə partlayış olub - SON DƏQİQƏ

Ukraynada hava hücumu xəbərdarlığı elan edilib

Dneprdə bu gün hava hücumu zamanı partlayış səsi eşidilib.

“İki sahil”in məlumatına görə, bu barədə “RBK-Ukraina” suspilne.media-ya istinadən xəbər verir.

Hazırda Ukraynanın bəzi bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Saat 10:18-dən başlayaraq Poltava, Çerkassı, Kirovoqrad, Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərində Hərbi Hava Qüvvələri ballistika təhlükəsi barədə xəbərdarlıq edib.