18 aprel 2024 12:25
148

Aİ 2027-ci ilə qədər Rusiyadan yanacaq tədarükünü tamamilə dayandırmağı düşünür

Fevral ayında Fransa Avropa ölkələri arasında Rusiya qazının əsas alıcısına çevrilib.

“İki sahil” xəbər verir ki, bu barədə "RİA Novosti" Eurostat məlumatlarına əsaslanaraq məlumat verib.

Dövlət agentliyinin hesablamalarına görə, qışın sonunda Fransa Rusiyadan 322,3 milyon avroya maye qaz alıb. Nəticədə Fransa Avropa İttifaqında Rusiya qazının əsas idxalçısı olub və Macarıstanı qabaqlayıb.

Qeyd edilir ki, Fransa sonuncu dəfə 2023-cü ilin noyabrında LNG alışında lider olub.

Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyadan yanacaq tədarükünü tamamilə dayandırmağı düşünür.

Aİ ölkələri həmçinin 2025-ci ilə qədər Ukrayna qazının tranzitindən imtina etməyi planlaşdırır. Mart ayında Aİ-nin energetika nazirləri qaz istehlakının könüllü azaldılması müddətinin bir il - 2025-ci il martın 31-dək uzadılmasını dəstəkləyiblər.