18 aprel 2024 13:33
150

Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 742,5 manat olub.

Bu barədə “İki sahil”ə muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, iki ay ərzində muxtar respublikada orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,1 % artıb.