01 may 2024 10:33
224

Bu ilin yekunu üzrə cari əməliyyatlar hesabı profisitli olacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Bu barədə “İki sahil” AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Tədiyə balansının əsas komponenti olan ticarət balansında 2024-cü ilin I rübündə 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşıb.

Yenilənmiş proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.