18 aprel 2024 13:47
161

Almaniyada yoxa çıxan milyarder MOSKVADA TAPILIB?

Rusiyalı Veronika Ermilova RT ilə söhbətində 2018-ci ildə yoxa çıxan alman milyarder Karl-Erivan Haubun onunla Moskvada yaşadığı iddia edilən məlumatları təkzib edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, məlumatın feyk olduğunu bildirib.

"Bu, tamamilə saxtadır... Mənim çevrəmdə milyarder yoxdur, mən evliyəm, uşağım var"- deyib.

Onun sözlərinə görə, almanlara məxsus şirkət onların müştərisi olub.

“2018-ci ildə onun dağlarda yoxa çıxdığını öyrəndik. Almaniyada isə kimsə onu Moskvada tapdığını söyləməyə çalışır. Hansısa telekanal, hansısa jurnalist, guya bütün bunları araşdırıb. Bu, qətiyyən təsdiqlənmir. Onun Almaniyada rəsmi olaraq öldüyü elan edilib”, - deyə Ermilova əlavə edib.

Bundan əvvəl Almaniyanın RTL televiziya şirkəti Haubun Ermilova ilə əlaqələrini açıqlamışdı. Mediada yayılan məlumata görə, milyarder yoxa çıxmazdan əvvəl ona 13 dəfə zəng edib.