18 aprel 2024 14:15
145

Kuleba Blinkenlə görüşüb

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri "X" hesabında bildirib.

Dmitri Kuleba bildirib ki, görüşdə ən qısa zamanda Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri və raketləri çatdırmaq üçün birgə qlobal səylər müzakirə olunub.

"Mən dövlət katibi Blinkenin lazımi qərarların qəbul edilməsində verdiyi dəstək səylərini yüksək qiymətləndirirəm. Hər ikimiz ABŞ Konqresinin Ukraynaya əlavə yardım paketini qəbul etməsinin təcili olduğunu vurğuladıq”, - Kuleba qeyd edib.

O əlavə edib ki, bu, Ukraynaya insanların həyatını xilas etməyə və döyüş meydanındakı vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.