18 aprel 2024 14:06
153

Qazaxıstanda daşqınlar səbəbindən 634 neft hasilat quyusunda iş dayandırılıb

Qazaxıstanın Aktobe və Atırau vilayətlərində daşqınlar səbəbindən 634 neft hasilat quyusunun fəaliyyəti dayandırılıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  TASS bu barədə respublikanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, neft hasilatının ümumi itkisi 16 min ton təşkil edib.

Bu günə kimi 141 quyunun istismarı bərpa edilib. 493 quyuda hasilat hələ də dayandırılıb.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev daşqınlarla əlaqədar qarşıdakı günlərin ən kritik gün olacağını bildirmişdi.