18 aprel 2024 17:00
249

Hicran Hüseynova Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Parlamentin inzibati binasında vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki,  komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.