10 avqust 2026 02:02
89

Zaqatalada minik avtomobilləri toqquşdu: İcra başçısının sürücüsü öldü

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” Lent.az-a istinadla xəbər verir ki, hadisə avqustun 9-da, saat 23 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və VAZ-21099 markalı minik avtomobilləri toqquşması nəticəsində VAZ-ın sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qəza zamanı daha bir nəfər - Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev xəsarət alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Qəzada ölən şəxsin Zaqatala rayon icra başçısının sürücüsü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.