19 aprel 2024 11:47
140

Beynəlxalq reytinq agentliyi İsrailin reytinqini aşağı endirdi

Beynəlxalq reytinq agentliyi S&P İsrailin uzunmüddətli xarici və yerli valyutada reytinqini “AA-” səviyyəsindən “A+” səviyyəsinə endirib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Qeyd olunur ki, İranla qarşıdurmanın artması ölkə üçün onsuz da yüksək olan geosiyasi riskləri artırır.

Bundan əvvəl İsrailin İrana endirdiyi zərbələrin hədəfinin İsfahan şəhəri yaxınlığındakı hərbi hava qüvvələrinin bazası olduğu bildirilir.