02 may 2024 08:32
359

Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA

Mayın 2-si saat 08:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 mertdir.

Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.