19 aprel 2024 14:45
178

Gürcüstandan Rusiyaya şərab ixracı artıb - FOTO

2024-cü ilin birinci rübünün nəticələrinə görə, gürcü şərabının Rusiyaya tədarük həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 faiz artaraq 24 min tondan çox səviyyəyə çatıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında qeyd edilir.

Pul ifadəsində bu, 65 milyon dollar deməkdir. Bu müddət ərzində Gürcüstandan Rusiyaya 13,8 min ton şərab məhsulları tədarük edilib.

Bunun fonunda Gürcüstan ixracının ümumi strukturunda şərabın payı 6,3 faizə çatıb. Şərabdan əlavə, mineral su və şəkər tərkibli qazlı içkilərin tədarükü nəzərəçarpacaq dərəcədə artıb.

Şərab tədarükünün kəskin artmasına baxmayaraq, bu ilin yanvar-mart aylarında Rusiya ilə Gürcüstan arasında ümumi ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 620 milyon dollar səviyyəsinə düşüb.

Eyni zamanda, Rusiya Türkiyədən sonra respublikanın ikinci ən böyük iqtisadi tərəfdaşı statusunu qoruyub saxlayıb və Gürcüstanın xarici ticarət strukturunda Rusiya Federasiyasının payı 13,2 faiz təşkil edir.