02 may 2024 15:00
230

Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti Aktaudan Bakıya uçuşlara başlayır

Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti “FlyArystan” Aktaudan Bakıya birbaşa uçuşlara başlayır.

“İki sahil” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, birbaşa reyslər həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “İki sahil”ə verilən məlumata görə, hazırda "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) Aktaudan Bakıya həftənin hər günü birbaşa uçuşlar həyata keçirir.