19 aprel 2024 15:17
150

Ermənilər Qarabağdan sülhməramlıların fəaliyyətsizliyinə görə getmədi - Lavrov

Demək olmaz ki, ermənilər Qarabağdan sülhməramlıların fəaliyyətsizliyinə görə getdilər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

"Qarabağın Azərbaycan olduğunu bəyan edən sənəd imzalandıqda bu bəyanatda ərazidəki erməni azlığın hər hansı xüsusi hüquqlarının təmin olunması ilə bağlı heç nə deyilməyib. Bu səbəbdən ermənilərin Qarabağdan sülhməramlıların fəaliyyətsizliyinə görə getdiyini demək düzgün deyil", - o deyib.

Xatırladaq ki, aprelin 16-da sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılsa da, bununla bağlı hər hansı bir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar aprelin 10-da Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 17-də Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.