20 aprel 2024 00:27
177

Rusiya Ukraynanın itkilərini açıqladı - 786-cı gün

Rusiya müharibənin 786-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 590 təyyarəsi, 270 helikopteri, 21 882 PUA-sı, 506 zenit-raket kompleksi, 15 802 tank və digər zirehli texnikası, 1 267 reaktiv yaylım atəş sistemi, 8 981 artilleriya və minaatanı, 21 143 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.