20 aprel 2024 08:29
163

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Çexiyanın dövlət borcu 2024-cü ilin birinci rübündə 109,9 milyard kron (təxminən 4,6 milyard dollar) artaraq rekord həddə - 3,221 trilyon krona (təxminən 136 milyard dollar) çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Dövlət borcu ÜDM-in 43,6 faizini təşkil edir. Ötən ilin birinci rübünün sonunda bu göstərici 42,4 faiz olub.

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin birinci rübündə dövlət borcunun əhəmiyyətli dərəcədə artması, əsasən, martın sonunda 105 milyard krona (təxminən 4,4 milyard dollar) çatan dövlət büdcəsi kəsirinin ödənilməsi üçün dövlət istiqrazlarının satışı ilə bağlıdır.