22 yanvar 2018 23:27
2346

Turizmlə bağlı bunları bilirdinizmi?

Dünyada hansı yenilikər var, hansı ölkə kütləvi turizmə qarşıdır. İrana kimlər buraxılmır, Avstraliyanı hansı ölkələrlə qarışıq salırlar? Aşağıda bu ya digər maraqlı məlumatlarla tanış ola bilərsiniz:

1. Hansı ölkə turizmin əleyhinədir?

Cənubi Asiyada yerləşən Butan Krallığına 1974-cü ildən heç kəs xüsusi dəvətnaməsiz gedə bilməz. Onu da qeyd edək ki, oraya getmək istəyən turistin həm də maddi vəziyyəti çox yaxşı olmalıdır, çünki bu ölkədə qalmaq üçün hər günə görə xüsusi məbləğ ödənilir. Bu yolla ölkə hökuməti öz unikal mədəniyyətini və adət-ənənəsini qorumağa çalışır.

Lakin yüksək qiymətlər və bunun müqabilində yüksək keyfiyyət və xidmət sayəsində Butanda turizmdən əldə edilən gəlir heç də aşağı deyil.

2. Səyahətçi müqəvvalar

80-ci illərdə Qərbdə belə bir zaraftyana adət var idi: özgənin bağından müqəvva  götürüb özü ilə səyahətə aparmaq. Müqəvvaları yerindən götürərkən oraya belə bir yazı qoyurdular “Səyahətə çıxmışam, tezliklə qayıdacağam”. Onların müxtəlif görməli yerlərdə şəklini çəkirdilər və sonra şəkillərlə birgə sahibinə geri qaytarırdılar. Məşhur “Ameli” filminin baş qəhrəmanı filmdə səyahətə çıxan zaman atasının bağındakı müqəvvanı özü ilə aparır.

3. Duzdan otellər

Boliviyada 10 min kv.km-dən böyük sahəsi olan, dünyada ən böyük sayılan duz meydançası var. Qurumuş Uyini gölünün yerində salınmış bu oteldə təkcə divarlar deyil, mebel və digər əşyalar da duzdandır.

4. Tərsinə zoopark

Yeni Zelandiyadakı Orana zooparkında siz özünüzü ziyarətçiləri şirlər, pələnglər olan zooparkın sakinləri kimi hiss edəcəksiniz. Burada ekstrim həvəskarlarını bir qəfəsə salırlar və furqonla şirlər olan yerə aparırlar. İştahlanmış vəhşilər hər tərəfdən “volyer”i  əhatəyə alırlar.

5. Paris yaponlar üçün deyil

Parisə səyahət edən yaponlar çox vaxt başgicəllənmədən, hallisunasiyadan, depressiya və digər psixi narahatçılıqlardan şikayət edirlər. Bunu mütəxəssislər Paris sindromu adlandırır.

Mühahizəkar yaponları mədəniyyətlərin fərqliliyi, fransızların həddindən artıq sərbəstliyi heyrətləndirir.

6. Burada kenquru yoxdur!

Avstriyada küçələrdə və suvenirlərdə belə bir şüar görəcəksiniz. Adlardakı oxşarlığa görə, Avstriyanı tez-tez Avstraliya adlandırırlar, bu isə yerli camaatı qıcıqlandırır. Ona görə də, onlar acıqla küçələrə bu cümləni yazıb asıblar.

Bu səhv təkcə turistlər arasında deyil, bəzən daha yüksək səviyyəli görüşlərdə də baş verir. BMT-nin toplantılarından birində səsvermə zamanı səsin birinin Avstriya yerinə Avstraliyaya verildiyi aşkar olunmuşdu, halbuki Avstraliya həmin tədbirdə heç iştirak etmirdi. Bir dəfə isə nitqi zamanı ABŞ-ın prezidenti kiçik Corc Buş Avstriyanı Avstraliya ilə səhv salmışdı.

7. Bəzi müsəlman ölkələrinə giriş qadağandır

Pasportunda İsrail vizası olan insanlar bir sıra müsəlman ölkələrinə girə bilməzlər. Bu siyahıya BƏƏ, İran, Küveyt, Pakistan, Liviya, Livan, Suriya, Səudiyyə Ərəbistanı və Sudan daxildir.

8. Harri Potter İsraildə dəfn edilib

İsraildə Harri Poter adlı Böyük Britaniya əsgərinin dəfn olunduğu məzar vardır. Orada 1993-cü ildə döyüşdə həlak olmuş 17 yaşlı Harri dəfn edilib. Lakin real olmasa da, insanlar oranı məşhur Harri Potterin qəbri hesab edirlər və hər il oraya yüzlərlə turist axışıb gəlir.

9. Tailandı kim məşhur kurort mərkəzinə çevirdi?

Tailand Vyetnamdakı müharibədən sonra birdən-birə turizm məkanına çevrildi. Orada ABŞ-ın hərbi bazası yerləşdirilmişdi. Tailand həmin vaxtdan daha təhlükəsiz, ucuz və yaxşı kurort mərkəzinə çevrildi.