22 yanvar 2018 20:27
964

Çindən Avropaya yüklərin daşınmasına başlanılıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Çin Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb. Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar yanvarın 19-da Urumçi şəhərindən yola düşüb. “Şərq-Qərb” Nəqliyyat Dəhlizi ilə Avropaya yük daşımalı olan qatar Qazaxıstanın limanında dayanacaq. Daha sonra yüklər dəniz yolu ilə Bakıya, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılacaq.

Qeyd edək ki, marşrutun ümumi uzunluğu 4186 kilometrdir. Çindən Avropaya yüklərin 8 günə çatdırılması nəzərdə tutulub. Bu il Urumçidən Avropaya 1400 yük konteynerinin yola salınması planlaşdırılır. “Şərq-Qərb” nəqliyyat dəhlizi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Çindən Avropaya və əks istiqamətdə yüklərin tədarükü üçün nəzərdə tutulub.