23 aprel 2024 09:59
185

BAM veteranı: Heydər Əliyev mübariz insan idi

Heydər Əliyev mübariz insan idi və bütün boş zamanlarını insanlara həsr edirdi.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “BAM birliyi” ictimai təşkilatının qəyyumlar şurasının üzvü, Sosialist Əməyi Qəhrəmanı Vyaçeslav Aksyonov deyib.

O, Baykal-Amur magistralının tikintisində Heydər Əliyevin böyük rolunun olduğunu qeyd edib: “O, 10 gün Baykal-Amur magistral xətti ilə səfər edib, kəndlərdə dayanıb, inşaatçılarla söhbət edib və problemlərlə maraqlanıb. Bütün problemləri qeyd etdikdən sonra Moskvada bizim rəhbərliyimizə bütün bu məsələləri həll etməyə yardım göstərib. Çünki çox mürəkkəb problemlər var idi ki, onları ancaq Moskvada və nazirliklərdə həll etmək mümkün idi”.

Onun sözlərinə görə, 1974-cü il aprelin 27-də keçirilmiş komsomolun 17-ci qurultayından sonra Baykal-Amur magistralının inşasına yollanmışdı:

“İşimiz Zvezdnı kəndində başladı, sonra Magistralnı kəndinə getdik. 4 ildən sonra mən komsomolun 18-ci qurultayından sonra inşaat dəstə komandiri kimi Baykal gölünün şimalında yerləşən kəndə yollandıq. Burada da yollar çəkdik...

Biz bu işləri başa vurandan sonra komandamızı tikintisində azərbaycanlıların iştirak etdiyi Anqoy stansiyasına göndərdilər. Onlar da Ulkan stansiyasının inşasını tamamlayaraq, Buryat bölməsinə keçmişdilər. Komandamıza Anqoyda dartı yarımstansiyası inşa etmək tapşırılmışdı, o biri tərəfdə isə kənd salınır və stansiya inşa edilirdi”.

V.Aksyonov vurğulayıb ki, minnətdarlıq əlaməti olaraq Anqoy stansiyasında quraşdırılan xatirə lövhəsində Heydər Əliyevin adı həkk olunub.