23 aprel 2024 12:35
444

Əminə Ərdoğandan 23 aprel paylaşımı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə sosial şəbəkə səhifəsində paylaşım edib.

“İki sahil” xəbər verir ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın sosial media hesabında paylaşımı belədir:

"Uşaqlarımızın gülər gözlərində gələcəyimizin işığı parlayır. Bilirik ki, onların hər biri bu torpaqlarda yetişdirilən incidir. Onların ağlı, zəhməti və vətənpərvərliyi ilə Türkiyə daha böyük zirvələrə çatacaq. Elmi və ağlı rəhbər tutaraq sülh və sevgi səfiri olacaqlarına ürəkdən inandığım bütün övladlarımızın 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı mübarək olsun.”