11 iyul 2026 08:50
88

İrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub

ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək.

“İki sahil” IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

"ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrinə görə tam məsuliyyət daşıyır və buna görə cavab verməlidir", - o bildirib.

İrəvaninin sözlərinə görə, ABŞ-nin 7-8 iyul tarixlərində İranın cənub şəhərlərinə və adalarına endirdiyi hava zərbələri beynəlxalq öhdəliklərin, həmçinin BMT Nizamnaməsinin açıq-aşkar pozulmasıdır:

"ABŞ İrana qarşı bütün hərbi əməliyyatları dayandırmaq və təhdidlərdən, yaxud güc tətbiqindən çəkinmək öhdəliyini öz üzərinə götürüb".