23 aprel 2024 14:07
189

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - FOTO

Bu gün Füzuli şəhərinə yola salınan ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (150) nəfər köçürülüb. Bununla da Füzuli şəhərinə 744 ailənin, yəni 2 839 nəfərin daimi məskunlaşması təmin edilib.