23 aprel 2024 14:11
194

Azərbaycanda milli parkları ziyarət edənlərin sayı 35 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın milli parklarını 16 925 nəfər ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 % çoxdur.

Məlumata görə, 3 ay ərzində yerli turistlər arasında milli parklara 16 588 (37,6 % çox) gedib.

Hesabat dövründə xarici turistlər arasında isə 337 (34,4 % az) nəfər milli parklara ziyarət edib. Ölkədə ən çox Göygöl Milli Parkına (GMP) ziyarət olunub. Yanvar-mart aylarında 11 155 (38,6 % artıb) nəfər GMP-da olublar. Bu parka yerli turistlər arasında aprelin 1-ə kimi 11 062 (39 % çox) nəfər gedib.

Xarici turistlər isə ən çox Abşeron Milli Parkına (AMP) ziyarət ediblər. Bu ilin 3 ayında 140 (20,6 % çox) xarici turist hesabat dövründə AMP-da olublar.

Hesabat dövründə ən az ziyarət Hirkan Milli Parkına ziyarət olunub. Bu parka 3 ay ərzində 198 nəfər gedib. Bunun 194-ü (18,2 % çox) yerli 4-ü (2 dəfə çox) isə xarici turist olub.