Almaniya Azərbaycan və Ermənistanı davamlı və ədalətli sülhə nail olmaq yolunda dəstəkləyir.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı qoyulub. Bu, sülh yolunda başqa bir görünən addımdır. Biz möhkəm və ədalətli sülhə nail olmaq yolunda tərəfləri dəstəkləyirik", - paylaşımda qeyd edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb