Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərin 95 %-i tamamlanıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.
O vurğulayıb ki, işlər bu ilin mayında tamamlanacaq.