25 aprel 2024 15:16
300

Azərbaycanın ilk ombudsmanı II Fəxri xiyabanda dəfn olunacaq - YENİLƏNİB

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.

“İki sahil” xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

“İki sahil” xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.

Hazırda mərhumla Təzəpir məscidində vida mərasimi keçirilir.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.