25 aprel 2024 20:20
244

Cəlilabadda maşın ağaca çırpılıb, xəsarət alanlar var

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Şabanlı kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaclara çırpılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.