26 aprel 2024 08:44
206

Ağsuda narkokuryerlik edən şəxs həb edilib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər də analoji və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Feyzi Məhərrəmov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ondan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.