06 may 2024 23:12
288

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bu barədə "İki sahil"ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.