Bakı Ali Neft Məktəbində 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə Biznesin idarəedilməsi ixtisaslarına (MBA) qəbul yerləri artırılıb.
“İki sahil” xəbər verir ki, bu tədris ilində hər ixtisas üzrə 50 nəfər qəbul planlaşdırılıb.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbində Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı), Biznesin təşkili və idarə edilməsi (maliyyə), Biznesin təşkili və idarə edilməsi (menecment), Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması) ixtisaslarında tədris həyata keçirilir.
Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5 000 manat məbləğindədir.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR