İsveç ÜDM-in 2,6%-ni müdafiə xərclərinə artırmaq niyyətindədir
İsveç 2030-cu ilə qədər öz iqtisadiyyatının ölçüsünə nisbətən hərbi xərclərini 2,6%-ə çatdırmağı hədəfləyir. NATO-nun yeni üzvü alyansın ümumi hədəfini aşmağı planlaşdırır.
“İki sahil”in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verir.
İsveç Müdafiə Komissiyası bildirib ki, Stokholm 2030-cu ilə qədər müdafiə büdcəsinə illik təxminən 53 milyard kron (4,9 milyard dollar) əlavə etməlidir.
Bu il silahlı qüvvələrə ayrılan vəsait NATO-nun müəyyən etdiyi ümumi daxili məhsulun minimum 2%-i səviyyəsinə cavab verir.