26 aprel 2024 17:33
252

Bütün səylərimiz regionda sülh və sabitliyin təmin olunmasına yönəlib- Ərdoğan

Regionda sülh və sabitliyin təmin olunması üçün çalışırıq.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası Qüds Platformasının 5-ci Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə dünyanın müxtəlif regionlarında, o cümlədən, Qafqazda sabitliyin təmin olunmasına səy göstərir.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə bunu Ukrayna və Yaxın Şərqdə də etməyə çalışır.