26 aprel 2024 22:27
343

Görkəmli elm xadimi, mehriban ana, qayğıkeş insan

Aprelin 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, tibb elmləri doktoru, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ürəklərdə əbədi yaşayan işıqlı xatirə" mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov, YAP rayon təşkilatının əməkdaşları və Tibb Mərkəzinin kollektivi iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə başlayan tədbir Ulu Öndər Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə xanım Əliyevanın xatirisənin bir dəqiqələik sükutla anılması ilə davam edib.

Tədbiri açan Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov bildirib ki, Zərifə xanım Əliyevanın əsil Azərbaycan qadınına xas milli xarakteri, yüksək intelektual səviyyəsi, dərin elmi bilikləri, səmimi və xoş insani keyfiyyətləri onun hamı tərəfindən böyük sevgi ilə qarşılanmasına və bu gün də ürəklərdə yaşamasına səbəb olub. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanım Ulu Öndr Heydər Əliyevin ailəsinin daxilində etalon ola biləcək münasibətlərin formalaşmasında mühüm rol oynayıb. Zərifə xanım Əliyeva bir həkim kimi də ətrafındakı insanlara təmənnasız sevgi və məhəbbətlə yanaşıb. Zərifə xanımı sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xarakterizə edən professor onun adının xalqımızın qəlbində özünə əbədi yer tutduğunu vurğulayıb.

Sonra Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, Zərifə xanım keçmiş sovet dönəmində Azərbaycan qadınlarının əsil ziyalı və yüksək intellektə malik nümayəndəsi olaraq, onların adının ittifaq miqyasında tanınmasında xüsusi rol oynayıb. YAP rayon təşkilatının sədri vurğulayıb ki, Zərifə xanımın adı hər zaman tariximizdə Azərbaycana İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan və Prezident bəxş edən bir ana kimi qalacaqdır. Zərifə xanımı analar anası adlandıran Qafar Əliyev onun övladlarının bu gün Azərbaycanın adını yüksək tutmasını, xalqımızın xoşbəxt gələcəyi üçün əzmlə çalışmasını hamımız üçün əsil vətəndaşlıq nümunəsi kimi göstərib.

Tədbirdə çıxış edən Lökbatan Tibb Mərkəzinin oftomoloqu Hicran Həşimova Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşərək qeyd edib ki, bu böyük insan qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox faydalı işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla adını tarixə yazdırıb.

Tədbirdə digər çıxış edənlər: Lökbatan Doğum Mərkəzinin baş həkimi Kəmalə Heydərova, Lökbatan xəsətəxanasının Baş həkimi Cəmilə Xanmuradova, Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Nuranə Davrinbəyova, Tibb elmləri üzrə fəlsəfə doktoru, oftalmoloq Kəmalə Hacıyeva və digərləri Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri, zəngin və çoxcəhətli fəaliyyəti haqda danışıblar. Bildiriblər ki, Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Tədbirə yekun vuran Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini deyib, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirilib.