07 may 2024 15:17
325

Rusiya hökuməti benzin ixracına qadağanı LƏĞV EDƏ BİLƏR

Rusiya hökuməti yaxın vaxtlarda Energetika Nazirliyinin benzin ixracına icazə verilməsi ilə bağlı təklifinə baxacaq.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini vəzifəsini icra edən Aleksandr Novak bildirib.

“Biz indi bu məsələni nəzərdən keçiririk. Energetika Nazirliyi indi benzinin ixracına icazə verməyi təklif edir, lakin sonradan qıtlıq yaranmaması üçün müəyyən müddət üçün”, - nazir bildirib.