27 aprel 2024 17:22
249

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə “Yerevan.today” məlumat yayıb.

Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi KİV-i yalan və dezinformasiya yaymaqdan çəkinməyə, rəsmi hesabat və açıqlamalara istinadən etməyə çağırır.