27 aprel 2024 20:20
279

Cəlilabadda minik avtomobili yanıb 

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Amid Həsənova məxsus "VAZ 2107" markalı minik avtomobili qəfildən alışıb. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.