29 aprel 2024 01:15
299

Ən yaxşı sərmayə təhsilə, gənc nəslə yatırdığımız sərmayədir

Hər bir dövlətin inkişafə və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə bu cür qısa ərzində  bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlara  Heydər Əliyev Fondunun tövfələri də  olduqca mühümdür. Fondun bu sahədə keçirdiyi  layihələrin coğrafiyası və miqyası  ilbəil daha da genişlənir.

Təhsilə olan münasibət  bir dövlətə olan münasibətdir. Yeni tikilmiş məktəb binaları təhsilə yaratdığımız sərmayələrdir. Bilirik ki, dünyada bir çox münaqişələr , problemlər  baş verir. Azərbaycanda Prezidentimiz İlham Əliyevin sayəsində sabitlik ,əmin-amanlıqdır. Bu, Prezidentin uzaqgörən siyasətinin nəticəsidir.
Son illərdə  müəllim peşəsini seçənlərin sayını artırır. Müəllim Azərbaycanda  həmişə hörmətli peşə olub.Həmişə müəllimə böyük hörmət olub. Bu gün isə bu  daha da yüksək səviyyədədir.

Müəllimlərin əmək haqlarının artırılması , iş şəraitinin yaxşılaşdırılması  bu nəticəyə gətirib çıxarır ki, müəllim olmaq istəyənlərin sayı artıb. Bir gəncə olan qayğı onun təhsilə olan sərmayə dövlətimizi və dövlət rəhbərimizin tutduğu ən uğurlu yoldur. Gənclərə dəstək , onların elm, təhsil almaları , xarici ölkələrdə dövlətimizi təmsil etmək  Azərbaycan təhsilinin nə qədər də irəli getməsinin   bariz nümunəsidir.

İllərlə bu daha da püxtələşir və dünya səviyyəsində adlı-sanlı gənclərimizlə qürür duymağımıza  gətirib . İnanırıq ki , cəmiyyət olaraq gənclərə təhsilimizə prezident tərəfindən ayrılan  sərmayələr gün gələcək  Azərbaycanı dünya arenasında daha da tanıdacaq.

Gülnar Xəlilova,
YAP Xətai rayon təşkilatının üzvü